"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Balakəndə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə növbəti maarifləndirici tədbir keçirilib

Dekabrın 18-də Balakən şəhəri Nəsimi adına 2 nömrəli tam orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Balakən şəhəri “Mərkəzi Cümə” məscidinin təşkilatçılığı ilə “Dini maarifləndirmə - möhvumata və xurafata qarşı” adlı layihə çərçivəsində “Yad təsirlər və gənclər” adlı maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Təhlil və proqnozlaşdırma şöbəsinin  məsləhətçisi Tamerlan Əhmədli, Balakən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icmasının sədri Elşən Poladov, Balakən şəhəri Nəsimi adına 2 nömrəli tam orta məktəbin direktoru Samirə Varansova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən şəhəri Nəsimi adına 2 nömrəli tam orta məktəbin direktoru Samirə Varansova məktəbdə maarifləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətindən danışıb və milli-mənəvi dəyərlərin hər bir insanın həyatında önəmli rol oynadığını vurğulayıb. 
Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icmasının sədri Elşən Poladov Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranması və həyata keçirilən layihə barədə  tədbir iştirakçılarına məlumat vermiş, oxumaq, elmə yiyələnmək, biliklər əldə etmək çağırışı “Qurani-Kərim”in bir çox ayələrində və Həzrət Məhəmmədin hədislərində qeyd olunduğunu bildirmişdir. Xurafata, mövhumata və dini radikalizmə  qarşı aparılan  effektiv mübarizənin əsasında təhsilin və elmin dayandığını qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin məsləhətçisi Tamerlan Əhmədli dini radikalizmin yaranma səbəbləri və onun fəsadları haqqında ətraflı məlumat vermiş, yad dini ideologiyaların yayılması cəhdlərinin qarşısının alınmasında gənclər arasında milli-mənəvi və xüsusən  dini dəyərlərin təbliğinin düzgün aparılmasının önəm daşıdığını qeyd etmiş, dövlət tərəfindən görülən tədbirlər barədə ətraflı məlumat vermişdir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla davam etdiyini qeyd etmiş, əldə olunmuş nailiyyətlərdən bəhs etmişdir. Multikulturalizm – həyat tərzi və dövlət siyasətindən, Azərbaycanda mövcud olan dini tolerantlıqdan danışmış, Azərbaycan xalqının əsirlər boyu formalaşdırdığı zəngin milli-mənəvi dəyərlər sistemindən, mənəvi dəyərlərimizin qorunub saxlanılmasının, öyrənilməsinin və yaşadılmasının vacibliyindən eyni zamanda xalqımızın adət-ənənələrinin qorunub saxlanılmasından bəhs etmişdir. Dini radikalizmi yaradan xurafat və mövhumatdan, yad təsirlərdən  qorunmaq üçün gənclərin mili-mənəvi dəyərlərə bağlı olmalarının və təhsilli olmalarının vacibliyi qeyd edib.
Balakən RİH-nın başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov milli - mənəvi dəyərlərin qorunması, eləcə də vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə də gənclərin üzərinə düşən mühüm vəzifələrdən danışmış,  gəncləri qeyri-ənənəvi dini cərəyanların təsiri altına düşməməsi üçün elmli olmağın, dünyagörüşünün artırılmasının, milli-mənəvi dəyərlərimizin öyrənilməsinin, Vətən sevgisi ilə yaşamağın vacib olduğunu bildirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 18-12-2018, 18:16 eye 742 eye Paylaş