"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Sabirabad rayonunda şəhidlərin xatirə guşəsinin açılış mərasimi keçirilib

     Mayın 12-də Sabirabad rayonunda Vətən Müharibəsi şəhidlərinin xatirə guşəsinin açılış mərasimi baş tutub. Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sabirabad rayonu Narlıq kənd məscidi dini icmasının təşkilatçılığı ilə yaradılan guşədə Sabirabad rayonundan olan 52 şəhidin adı və şəkili əks olunmuş lövhələr həkk olunub.
     Xatirə guşəsinin açılış tədbirində Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Elgiz İmanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, YAP-ın rayon təşkilatının sədri Varis Rüstəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin rayon şöbəsinin rəis müavini Mürsəl Allahverdiyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Vətən Müharibəsi iştirakçısı Eldəniz Ağayev və şəhid valideyinləri iştirak ediblər. Tədbirdə Qurani-Kərimdən ayələr tilavət olunub, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.

calendar 12-05-2023, 14:56 eye 195 eye Paylaş