"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Kürdəmir rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Kürdəmir şəhər (1) məscidi dini icmasının birgə təşkilatçılığı ilə Kürdəmir rayonunda müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərə iftar süfrəsi açılıb. İftar mərasimində Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavinləri Ağali Kərimli və Vəsilə Əsgərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Elgiz İmanlı, YAP-ın Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, RİH-in əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Çıxışlar zamanı Ramazan ayının sevgi, mənəvi yenilənmə, mərhəmət, xeyirxahlıq ayı olduğu vurğulanıb, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib. Mərasimdə çıxış edənlər şəhid ailələrinin üzvlərini qarşıdan gələn bayram münasibətilə təbrik ediblər.

calendar 20-04-2023, 09:08 eye 294 eye Paylaş