Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Ağcabədi Rayon İcra Hakimiyyətinin və Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Ağcabədi rayonunda müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərə iftar süfrəsi açılıb.
İftar mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Elgiz İmanlı, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.
Çıxışlar zamanı Ramazan ayının sevgi, mənəvi yenilənmə, mərhəmət, xeyirxahlıq ayı olduğu vurğulanıb, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.