Aprelin 15-də Elm və Təhsil Nazirliyinin ayırdığı qrant əsasında həyata keçirilən, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun, “Mədəniyyət” telekanalının, “XAN Nəşriyyatı”nın, “Hədəf Nəşrləri”nin və“Sinkod” şirkətinin dəstəklədiyi “Yaxşılıq ağacı” layihəsinin bağlanış mərasimi baş tutub.
Tədbirdə Cizgi-romanların müəllifi Suat Turqut, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Xızı-Abşeron Regional Təhsil Şöbəsinin müdiri Rahim Novruzov və şöbənin digər əməkdaşları, “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, Abşeron rayon 7 nömrəli tam orta məktəbin direktoru Yeganə Paşayeva, məktəbin layihədə fəal iştirak etmiş şagird və müəllim heyəti, eləcə də valideynlər, “Hədəf” kurslarının icraçı direktoru Səftər Əlisəfa, Masazır şəhər 5 nömrəli tam orta məktəbin direktoru Səlim Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində Zülfiyyə Sadıqova müəllifi olduğu layihə haqqında hesabat verib, şagirdlərlə birgə hazırladığı səhnəciyi, kiçik interaktiv dərsi təqdim edib. Çıxış edən natiqlər layihənin önəmi, gələcək nəslə faydası və s. haqqında fikirlərini bölüşüblər.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə nəşr edilən Şəmil Sadiqin müəllifi olduğu 200 ədəd “Dəyərlər” kitab dəsti və xüsusi hədiyyələr, həmçinin “XAN Nəşriyyatı”, “Hədəf Nəşrləri”, “Sinkod” şirkətinin müxtəlif kitabları, məktəbli ləvazimatları şagirdlərə hədiyyə olunub.