Tədbirlər çərçivəsində Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin hərbi qulluqçuları və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bir qrup nümayəndəsinin iştirakı ilə Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib.
Respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir
