Dekabrın 18-də Ağsu rayon Bozavand kənd tam orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz və gənclər” adlı layihə çərçivəsində “Vətənpərlik və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları Elnur Mehdiyev, Seyidkamil Mirhəsənli, Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Kənan Tacızadə, məktəbin direktoru Rasim Hüseynzadə, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı vətənpərvərlik, İslam dinində vətənə olan sevgi v.s mövzularda fikir mübadiləsi aparılıb. Bildirilib ki, gənclərin milli-mənəvi və vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür tədbirlər olduqca böyük əhəmiyyət kəsb edir və onların milli ruhunun yüksəlişində mühüm rol oynayır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb