"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Zaqatalada “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə Zaqatala rayonunda tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov ulu öndər Heydər Əliyevin ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisi üçün geniş imkanlar yaradıb, torpaqlarımız işğaldan azad edilib, ölkəmiz möhtəşəm nailiyyətlərə imza atıb.
Çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyalarının xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə misilsiz töhfələr verdiyini, Azərbaycanı zirvələrə yüksəltdiyini qeyd edib.
YAP İdarə Heyətinin üzvü Bayram Aslanov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik daim özünü göstərib. O, Azərbaycanın müstəqilliyini təmin etmək və ölkəmizi tərəqqi yoluna çıxarmaq kimi ağır və məsuliyyətli işin öhdəsindən müdrik siyasəti ilə gəlib.
Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırdı.    
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində  Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov vurğulayıb ki, Azərbaycan və türk dünyasının dahi oğlu Heydər Əliyev tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutub.
Partiya fəalı Tahir Məmmədov, şəhid Zəfər Murtuzəliyevin bacısı Mehparə Mirzəyeva, Vətən müharibəsi qazisi  Nurlan Mazanov isə çıxışlarında vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə və xalqa sədaqətli xidmət nümunəsidir. Bu gün Azərbaycanın böyük uğurlara imza atması məhz ulu öndər Heydər Əliyevin ideyalarının əbədiyaşar olduğunu göstərir.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərman ilə təltif edilib.

calendar 6-04-2023, 11:13 eye 279 eye Paylaş