Hal-hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində kitab sərgisi keçirilir. Sərgidə Mənəvi Dəyərlərin Təbliği Fondu da nəşr etdirdiyi kitablarla iştirak edir. Fondun kitabları sərgi iştirakçılarına hədiyyə olaraq paylanılır. Xatırladaq ki, sərgi 10-12 mart tarixləri ərzində üç gün davam edəcək.