Dekabrın 23-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TemArt Sənət Mərkəzi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə "Zəfərin kölgəsi" adlı layihə çərçivəsində rəsm sərgisi keçirilib. Sərgidə rəssam Elmar Məmmədzadənin müəllifliyi ilə hazırlanan Vətən Müharibəsi Qəhrəmanlarının ipək üzərində kölgə effektli portretləri nümayiş etdirilib. Tədbirdə çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov, millət vəkili Qənirə Paşayeva və digər qonaqlar qəhrəman övladlarımızın adlarının daim yaşadılması üçün belə tədbirlərin böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Sonda qəhrəmanlarımızın portretləri onların özlərinə və ailələrinə hədiyyə edilib.
Qeyd edək ki, müəllifi gənc rəssam Elmar Məmmədzadə olan ipək üzərində kölgə effektli portretlər incəsənətdə yeni tərzidir.
Xatırladaq ki, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfdaş qismində layihənin həyata keçirilməsinə maliyyə dəstəyi göstərib.