Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Yevlax rayonunda dini icma sədrləri və din xadimləri üçün "Mənəvi dəyərlərin təbliği: mövcud vəziyyət və perspektivlər" adlı seminar təşkil olunub.
Seminarı giriş sözü ilə açan Yevlax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov Yevlax rayonundakı dini durum barədə məlumat verib.
Daha sonra çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev mənəvi dəyərlərin təbliği sahəsində görülən işlər haqqında danışıb. C. Əliyev dini maarifləndirmənin vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Yevlax rayonundakı din xadimləri və dini icma sədrlərinin fəaliyyəti haqqında danışıb.
Seminarda Fondun sifarişi əsasında hazırlanan “Ən ali zirvə - Şəhidlik” sənədli filmi nümayiş olunub və din xadimlərinə Fondun nəşr etdirdiyi ədəbiyyat paylanıb.
Sonda din xadimləri ilə müzakirələr aparılıb və onların sualları cavablandırılıb.