"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Ucarda "Mənəvi dəyərlərin təbliği: mövcud vəziyyət və perspektivlər" adlı seminar təşkil olunub

  Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Ucar rayonunda dini icma sədrləri və din xadimləri üçün "Mənəvi dəyərlərin təbliği: mövcud vəziyyət və perspektivlər" adlı seminar təşkil olunub.
  Seminarı giriş sözü ilə açan Ucar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov Ucar rayonunda dini sahədəki ümumi vəziyyət barədə məlumat verib.
  Daha sonra çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, ölkəmizdə mənəvi dəyərlərin və onun tərkib hissəsi olan dini dəyərlərin sağlam müstəvidə təbliğ edilməsi böyük əhəmiyyət kəsb edir. C. Əliyev dini-mənəvi sahədə həyata keçirilən dövlət siyasəti haqqında da fikirlərini bölüşüb. 
  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi müdiri İlham Qəribov Ucar rayonundakı din xadimləri və dini icma sədrlərinin fəaliyyəti haqqında danışıb. 
  Seminarda Fondun sofarişi əsasında hazırlanan “Ən ali zirvə - Şəhidlik” sənədli filmi nümayiş olunub və din xadimlərinə Fondun nəşr etdirdiyi ədəbiyyat paylanıb. 
  Sonda din xadimləri ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

calendar 20-12-2022, 08:45 eye 433 eye Paylaş