"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xaçmazda keçirilən "Dini vəhdət-Milli birlik" adlı üçgünlük seminar öz işini davam etdirib

Seminar çərçivəsində Neftçala, Salyan, Sabirabad, Xaçmaz və Quba rayonlarından olan din xadimləri Xaçmazdakı Şəhidlər Xiyabanını ziyarət edib, Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olub, Şəxsiyyətlər Parkında gəzintidə iştirak ediblər. Seminar iştirakçıları həmçinin Xaçmazdakı "Müqəddəs möcüzəvi Nikolay" pravoslav kilsəsində də olublar. Onlara kilsənin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

calendar 15-12-2022, 16:14 eye 352 eye Paylaş