Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Xaçmazda din xadimləri üçün təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üçgünlük seminarın iştirakçıları rayonun "Təzə Şəhər" məscidində vəhdət halında namaz qılıblar. Namazda Neftçala, Salyan, Sabirabad, Quba və Xaçmaz rayonlarından olan din xadimləri iştirak ediblər.