"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xaçmazda “Dini vəhdət-milli birlik” adlı üçgünlük seminarın açılış mərasimi olub

Dekabrın 13-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Xaçmaz rayonunda din xadimləri üçün təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üç günlük seminarın açılış mərasimi olub. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi, dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov, Qafqaz Müsəlmanları İdarəsinin Quba bölgəsi üzrə qazısı Naib Səttarov, Neftçala, Salyan, Sabirabad, Quba və Xaçmaz rayonlarından olan din xadimləri iştirak ediblər.
Din xadimləri qarşısında çıxış edən natiqlər ölkəmizdə mövcud olan tolerantlığın, multikultural mühitin, birgəyaşayış ənənəsinin tarixi kökləri, dinlərarası dostluğun və məzhəblərarası vəhdətin vacibliyini ehtiva edən mövzularla bağlı fikirlərini çatdırıblar.
Seminarda Fondun sifarişi ilə hazırlanan filmlər nümayiş etdirilib, dini təyinatlı ədəbiyyatlar iştirakçılara paylanıb.
Xatırladaq ki, seminarın ikinci günündə din xadimlərinin iştirakı ilə rayonun bir sıra tarixi və dini məkanlarının ziyarəti, eləcə də vəhdət namazının qılınması nəzərdə tutulur.

calendar 15-12-2022, 15:57 eye 428 eye Paylaş