Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Samux Rayon İcra Hakimiyyətinin və Samux rayonu Samux şəhər müsəlmanlarının dini icmasının təşkilatçılığı ilə 8 dekabr tarixində Vətən müharibəsi şəhidlərinin valideynləri, övladları və yaxınlarının "Zəfər səfəri" layihəsi çərçivəsində Şuşa şəhərinə səfəri təşkil edilib.
Şəhid ailələri göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini söyləyərək, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevə və Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.