"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Fondun təşkilatçılığı ilə Mingəçevirdə keçirilən üçgünlük seminar öz işini davam etdirir

Dekabrın 7-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Mənəvi dəyərlərimiz və gənclik" adlı üçgünlük seminar öz işini davam etdirib.
Yevlax, Goranboy rayonlarından, Gəncə və Mingəçevir şəhərlərindən olan gənclərin iştirakı ilə keçirilən tədbirin ikinci günündə Mingəçevir şəhərində yerləşən Şəhidlər Xiyabanı, Dövlət Rəmzləri Muzeyi ziyarət edilib. Seminar iştirakçıları həmçinin Mingəçevir Dövlət Universitetinin fəaliyyəti ilə yaxından tanış olublar.
Daha sonra gənclərin iştirakı ilə intellektual yarış təşkil olunub. Qalib komandaların üzvləri diplomla mükafatlandırılıb.

calendar 7-12-2022, 12:03 eye 338 eye Paylaş