"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mingəçevirdə "Mənəvi dəyərlərimiz və gənclik" adlı üçgünlük seminar öz işinə başlayıb

Dekabrın 6-da Mingəçevir şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Mənəvi dəyərlərimiz və gənclik" adlı üçgünlük seminar öz işinə başlayıb. Seminarda Yevlax, Goranboy rayonları, Mingəçevir və Gəncə şəhərlərindən olan gənclər iştirak edirlər.
Açılış mərasimində Fondun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir Şəhər Veteranları Təşkilatının sədri Tahir Məmmədov və digər qonaqlar məruzələrlə çıxış ediblər. Tədbirdə Fondun sifarişi ilə hazırlanmış videoçarxlar nümayiş olunub, həmçinin Fondun maliyyə dəstəyi ilə çap edilmiş kitablar iştirakçılara hədiyyə edilib.
Daha sonra seminar iştirakçıları Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzi və Tarix Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar.
Xatırladaq ki, seminar hal-hazırda öz işini davam etdirir. Seminarın ikinci günündə gənclərin iştirakı ilə rayonda yerləşən bir sıra tarixi məkanların, təhsil və mədəniyyət ocaqlarının ziyarəti, intellektual yarışın keçirilməsi nəzərdə tutulur.

calendar 6-12-2022, 11:58 eye 355 eye Paylaş