Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovun filialın tələbələri ilə görüşü olub. "Qloballaşan dünyada gənclik və dəyərlər" mövzusunda elmi-praktik seminar çərçivəsində təşkil olunan görüş qarşılıqlı diskussiya şəraitində keçib.