Noyabrın 28-də Şəmkir rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Mənəvi dəyərlərimiz və gənclik" adlı üçgünlük seminar öz işinə başlayıb. Seminarda Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan gənclər iştirak edirlər.
Açılış mərasimində Fondun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi, dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov məruzələrlə çıxış ediblər. Tədbirdə Fondun sifarişi ilə hazırlanmış videoçarxlar nümayiş olunub, həmçinin Fondun maliyyə dəstəyi ilə çap edilmiş kitablar iştirakçılara hədiyyə edilib.
Daha sonra seminar iştirakçıları Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzi və Tarix Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar.
Xatırladaq ki, seninar hal-hazırda öz işini davam etdirir. Seminarın ikinci günündə gənclərin iştirakı ilə rayonda yerləşən bir sıra tarixi abidələr və mədəniyyət ocaqları ziyarət ediləcək.