Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Bakı şəhərində din xadimləri üçün təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üçgünlük seminarın iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunu ziyarət ediblər.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov din xadimlərini salamlayaraq onları İnstitutda görməkdən məmnun olduğunu bildirib və İlahiyyat İnstitutunun tədris prosesi, məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib.