Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Bakı şəhərində din xadimləri üçün təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üçgünlük seminarın iştirakçıları "Heydər" məscidində vəhdət namazı qılıblar. Namazda Bakı şəhəri, Balakən, Zaqatala, Şəki və Qax rayonlarından olan din xadimləri iştirak ediblər.