"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Bakıda “Dini vəhdət-milli birlik” adlı üçgünlük seminar öz işini davam etdirib

Noyabrın 22-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakı şəhərində din xadimləri üçün təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üç günlük seminar öz işini davam etdirib.
Seminarın ikinci günündə Fondun icraçı direktoru Mehman İsmayılovun mühazirəsi dinlənilib. Daha sonra çıxış edən din xadimləri keçirilən tədbirin vacibliyini vurğulayıblar. Onlar ölkəmizdəki məzhəblərarası birliyin, vəhdətin qorunub-saxlanması və gücləndirilməsi üçün hər zaman yüksək səylə çalışdıqlarını diqqətə çatdırıblar.

calendar 22-11-2022, 12:04 eye 322 eye Paylaş