Noyabrın 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələdə "Milli-mənəvi dəyərlərin təbliğində QHT və dini icmaların rolu" mövzusunda regional konfrans keçirilib.
Konfrans çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən "Yalağaclı" məscidi, "Azərbaycan Udi Ocağı”, “Cotari Alban-Udi" və "Müqəddəs Məryəm Ana" kilsələri ziyarət edilib. Tədbir iştirakçılarına dini ibadətgahlar haqqında geniş məlumat verilib.