Dekabrın 8-də Balakən rayonu Şambul kənd məscidində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Balakən rayonu Qabaqçöl qəsəbə dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Vətən sevgisi, vətəndaşlıq borcu” adlı layihə çərçivəsində “Mənəvi dəyərlər nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Balakən rayon qazısı İbrahim İbrahimov, Balakən rayonu Qabaqçöl qəsəbə məscidi dini icmasının sədri Abdulla Xutrayev, Balakən rayonu Qabaqçöl qəsəbə məscidinin İmamı Məhəmməd Xutrayev və Şambul kəndinin dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən rayonu Qabaqçöl qəsəbə məscidi dini icmasının sədri Abdulla Xutrayev Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə həyata keçirilən layihə haqqında məlumat verib, Dövlət tərəfindən dini icmalara və din xadimlərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını və təşəkkürünü bildirib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən dövlət-din münasibətlərindən, DQİDK və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranması və fəaliyyəti istiqamətlərindən ətraflı məlumat vermiş, dünya üçün nümunə olan Azərbaycan multikulturalizmi və tolerantlıq ənənələrindən, son dövrdə dünya ölkələrində tüğyan edən ksenofobiya, islamafobiya, antisimitizmin və sair neqativ tendensiyalardan və onun yaranmasında əsasən dini radikalizmin və eksremizmin dayanmasını bildirmişdir. Azərbaycan xalqının qədim zamanlardan keçib müasir dövrümüzə çatmış və hər bir vətəndaşın yetkin şəxs olaraq formalaşmasında mühüm rol oynayan, mənəvi dərərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, yaşadılması, Vətən sevgisi ilə döyünın ürəklərin istiliyi və vəndaşlıq məsuliyyəti Azərbaycanda dini radikalizmin, ekstremizmin, din pərdəsi altında ayrı-ayrı xaricdən idarə olunan siyasi dairələrin və qrupların maraqlarının qarşısının alınmasında olduqca əhəmiyyətli rol oynadığını qeyd edib.
Sonda İ.Vəliyev bildirmişdir ki, milli-mənəvi dəyərlərdən qaynaqlanan Vətən sevgisi , vətəndaşlıq məsuliyyəti müstəqil, demokratik və hüquqi dövlət olan Azərbaycanın uğurlu gələcəyinin zəmanətidir.
Balakən (RİH) başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov çıxışında milli-mənəvi dəyərlərin qorunub saxlanılması hər bir Azərbaycan vətəndaşının borcu olduğunu bildirmiş, dini radikalizmin insanla, bütün bəşəriyyətə vurduğu zərərdən, dini radikalizmin fəsadlarından danışmışdır. Azərbaycanda sictimai sabitliyin, tərəqqi və inkişafın yaşandığını vurğulayaraq müstəqilliyimizin, dövlət və dövlətçiliyimizin qorunmasında vətəndaşlıq mövqeyinin göstərilməsinin vacibliyini bildirib.
Balakən rayon Qazısı İbrahim İbrahimov dövləti din xadimlərinə, dini icmalara göstərdiyi böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmiş, İslam dinində Vətən sevgisinin mühüm yer tutduğundan danışmış, cəmiyyətdə sosial durumundan, milli və dini mənsubiyyətindən asılı olmayaraq Vətən sevgisi hər bir vətəndaş üçün müqəddəs olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.