"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Fondun təşkilatçılığı ilə Göyçayda keçirilən ikigünlük seminar öz işini davam etdirib

Oktyabrın 28-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Mənəvi dəyərlərimiz və gənclik" adlı ikigünlük seminar öz işini davam etdirib.
Kürdəmir, Ucar, Zərdab və Göyçaydan olan gənclərin iştirakı ilə keçirilən tədbirin ikinci günündə Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas Əli Rzazadənin "Qloballaşma dövründə dəyərlərin qorunması" mövzusunda məruzəsi dinlənilib. Həmçinin Fondun sifarişi ilə hazırlanan "Ailə dəyərləri" adlı film nümayiş etdirilib. Yekunda seminarın birinci günündə keçirilən intellektual yarışın qalibləri mükafatlandırılıb. 
Daha sonra rayonda yerləşən Şəhidlər xiyabanı, Əbədiyaşar ədiblərin abidə kompleksi, Xalq şairi Rəsul Rzanın ev muzeyi və yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunan Əbəlfəz Abbas məscidi ziyarət edilib.
Tədbir gənclərin iştirakı ilə keçirilən əyləncəli proqramlarla davam etdirilib.

calendar 31-10-2022, 08:45 eye 370 eye Paylaş