"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Göyçayda "Mənəvi dəyərlərimiz və gənclik" adlı ikigünlük seminar öz işinə başlayıb

Oktyabrın 27-də Göyçay rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Göyçay Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Mənəvi dəyərlərimiz və gənclik" adlı ikigünlük seminar öz işinə başlayıb. Seminarda Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan gənclər iştirak edirlər.
Açılış mərasimində Fondun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, şöbənin əməkdaşı Əzim Rəfiyev, Göyçay rayon Ağsaqqallar Şurasının sədri, əməkdar müəllim Xəlil Orucov və Göyçay rayon 4 saylı orta məktəbin tarix müəllimi Firəngiz Məmmədyarova məruzələrlə çıxış ediblər. Tədbirdə Fondun sifarişi ilə hazırlanmış videoçarxlar nümayiş olunub, həmçinin Fondun maliyyə dəstəyi ilə çap edilmiş kitablar iştirakçılara hədiyyə edilib.
Daha sonra seminar iştirakçıları Göyçay rayonunda yerləşən Heydər Əliyev Mərkəzi və Tarix Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar.
Günün sonunda gənclərin iştirakı ilə intellektual yarış təşkil olunub.
Xatırladaq ki, seninar hal-hazırda öz işini davam etdirir. Seminarın ikinci günündə gənclərin iştirakı ilə ekspertlərin mühazirələri dinləniləcək, rayonda yerləşən bir sıra tarixi məkanlar və mədəniyyət ocaqları ziyarət ediləcək, maraqlı viktorinalar keçiriləcək.

calendar 28-10-2022, 10:58 eye 428 eye Paylaş