"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Masallıda “Dini vəhdət-milli birlik” adlı seminarın açılış mərasimi olub

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyilə Masallıda din xadimləri üçün təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üç günlük seminarın açılış mərasimi olub. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, QMİ-nin Masallı bölgəsi üzrə qazısı Rəşid Talıbov, Masallı, Oğuz, Qəbələ və Şamaxı rayonlarından olan din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və digər natiqlər əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əldə edilən zəfər və digər mövzularla bağlı fikirlərini çatdırılblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyilə Masallıda təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üç günlük seminarda yerli din xadimləri ilə yanaşı, Oğuz, Qəbələ və Şamaxıdan olan din xadimləri də iştirak edirlər. Seminarın məqsədi ölkəmizdəki məzhəblərarası münasibətlər, multikulturalizm və tolerantlıq mühitinin gücləndirilməsi, dini vəhdət və milli birliyin möhkəmləndirilməsidir.

calendar 25-10-2022, 07:47 eye 227 eye Paylaş