"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Həzrət Məhəmməd Peyğəmbərin (s) mövluduna həsr edilmiş “Vəhdət və birlik” adlı tədbir keçirilib

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və “Heydər” məscidinin birgə təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Həzrət Məhəmməd Peyğəmbərin (s) mövluduna həsr edilmiş “Vəhdət və birlik” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, “Heydər” məscidinin din xadimləri Rüfət Qarayev və Hafiz Abbasov, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Mərasim Qurani-Kərim tilavəti və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Natiqlər Həzrət Məhəmməd Peyğəmbərin (s) nümunəvi həyatı və mənəvi irsi haqqında çıxışlar edib, şəhidlərimizin ruhuna dualar oxunub.

calendar 13-10-2022, 15:20 eye 369 eye Paylaş