"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondu 5 yaşını qeyd edir

Oktyabrın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının 5 illiyi münasibətilə "Mənəvi dəyərlər və dövlət siyasəti" adlı konfrans keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi Əliheydər Zülfüqarov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Səs Media Qrupunun təsiscisi və rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Bəhruz Quliyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, ictimaiyyət nümayəndələri, müxtəlif dini icmaların rəhbərləri, din xadimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun ölkəmizdə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradıldığını qeyd edib.
Daha sonra Fondun beşillik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən natiqlər ötən 5 il ərzində Fond tərəfindən reallaşdırılan layihələrin cəmiyyətimizin inkişafına mühüm töhfələr verdiyini, xalqımıza məxsus dini, mənəvi, tarixi dəyərlərin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıblar.
Tədbirdə həmçinin Fondun fəaliyyətində fərqlənən əməkdaşlar fəxri fərmanla təltif ediliblər.

calendar 10-10-2022, 16:20 eye 402 eye Paylaş