"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” adlı beynəlxalq simpoziumun xarici ölkələrdən gəlmiş iştirakçıları Mənəvi Dəyərlərin Təbliği Fondunu ziyarət ediblər

Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və Kırıkkale Universiteti İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda həyata keçirilən “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” adlı beynəlxalq simpoziumun xarici ölkələrdən gəlmiş iştirakçıları Mənəvi Dəyərlərin Təbliği Fondunu ziyarət ediblər.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, professor Mevlüt Erten, "Nur-Mübarək" Misir İslam Mədəniyyəti Universitetinin rektoru, professor Məhəmməd əl-Şəhhat əl-Cindi, Pakistan Müsəlman İnstitutunun sədri Sahibzada Sultan Ahmed Ali, Rusiyanın Bolqar İslam Akademiyası rektorunun köməkçisi Rustem Gilmutdinov və digər qonaqlar Fondun fəaliyyəti ilə yaxından tanış olublar. İcraçı direktor Mehman İsmayılov Fondun fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib.

calendar 21-09-2022, 15:44 eye 253 eye Paylaş