"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ağstafada maarifləndirici tədbir keçirilib

Dekabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağstafa rayon “İmam Əli” adına Cümə məscidi dini icmasının “Vətəni sevməyən insan olmaz” layihəsi çərçivəsində Ağstafa şəhər 2 sayılı tam orta məktəbində “Gəncləri dini radikalizmdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşı Pərvin Zeynalov, şöbənin Ağstafa rayonu üzrə əməkdaşı Qərib Abbasov, Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) ictimai-siyasi və humanitar məsələlər üzrə   şöbənin müdir müavini həmçininidə dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Ağstafa Rayon Təhsil şöbəsindən Əli Cəfəroğlu, Ağstafa rayon İmam Əli adına “Cümə” məscidinin dini icmasının sədri Şahin İsmayılzadə, məktəbin direktoru Vəfa Tağıyeva və məktəbin müəllim, şagird kollektivi iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Ağstafa RİH ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev bu mövzuda ətraflı çıxış edərək gənclərin dini radikalizmdən qorunmasında məktəbin rolunu qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev milli-mənəvi dəyərlərimizin gənclərə düzgün izah olunmasının vacibliyini və bu işdə ailə-məktəb münasibətlərinin vacibliyini vurğulayıb. 
Sonra Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Rayon Təhsil şöbəsindən Əli Cəfəroğlu öz çıxışlarında gəncləri radikalizmdən qorumağın yollarından danışıblar.
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

calendar 13-12-2018, 12:02 eye 996 eye Paylaş