Oğuzda bir sıra mətbuat nümayəndələri üçün keçirilən "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminarın ikinci günündə rayonda yerləşən Tarix-diyarşünaslıq muzeyinə, məscid, kilsə, sinaqoqlara ekskursiyalar təşkil olunub. Eyni zamanda Oğuz rayonunun ecazkar təbiətinin görməli yerlərinə gəzintilər baş tutub.