"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Oğuzda "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminar öz işini davam etdirir

İyulun 17-də Oğuzda bir sıra mətbuat nümayəndələri üçün keçirilən "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminar öz işini davam etdirib.
Tədbirin ikinci günündə "Hədəf" Şirkətlər Qrupunun rəhbəri, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin "Dəyərlər media və təhsil kontekstində", Azərbaycan İlahiyyat İnstitutu müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun "Media və dini dəyərlər", Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasovun "Media reallığı: fəlsəfi və siyasi məqamlar" mövzusunda məruzələri dinlənilib.
Daha sonra tədbir müzakirələrlə davam etdirilib. Müzakirələr zamanı ekspertlər və mətbuat nümayəndələri arasında seminarın mövzusuna uyğun olaraq maraqlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

calendar 17-07-2022, 08:55 eye 434 eye Paylaş