"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Oğuzda "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminarın açılış mərasimi olub

İyulun 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə və təşkilati dəstəyi, Oğuz şəhəri "Cümə" məscidi dini icmasının təşkilatçılığı ilə Oğuz rayonunda bir sıra mətbuat nümayəndələri üçün "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminarın açılış mərasimi olub.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun Himayəçilik Şurasının üzvü, "SƏS" Media qrupunun rəhbəri Bəhruz Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, "Olaylar" İnformasiya Agentliyinin və qəzetinin rəhbəri, yazıçı Yunus Oğuz və Oğuz şəhəri "Cümə" məscidi dini icmasının sədri Şövkət Cəlilovun çıxışları dinlənilib. Daha sonra Fondun sifarişi ilə hazırlanan "Heydər Əliyev: dəyərlərimizin xilaskarı" adlı sənədli film nümayiş olunub. 
Xatırladaq ki, tədbirin ikinci günündə iştirakçılar üçün seminarlar keçiriləcək, ekspertlərin məruzələri dinləniləcək, mətbuat nümayəndələrinin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq, Oğuz rayonunda yerləşən bir sıra muzey, məscid, kilsə və sinaqoqlara, tarixi-dini və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunacaq.

calendar 16-07-2022, 08:52 eye 428 eye Paylaş