"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Gəncədə və Samuxda Qurban bayramı münasibətilə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Kоmitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İmamzadə ziyarətgah məscidi dini icması və Samux rayon Samux şəhəri müsəlmanlari dini icmasının təşkilatçılığı ilə Gəncə şəhərində və Samux rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə tədbir təşkil edilib. Müqəddəs Qurban bayramı münasibətilə keçirilən tədbirdə QMİ-nin qazilər şurasının üzvü Hacı Tahir Abbasov, Samux rayon Samux şəhəri müsəlmanlari dini icmasının sədri İlham Məmmədov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbə müdirinin müavini Elmar Fətəliyev, şöbənin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayan mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, onların ruhuna dualar oxunub. Tədbir çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə hazırlanan alış-veriş kartları Gəncə şəhəri və Samux rayonundan olan şəhid ailələrinə təqdim edilib.

calendar 13-07-2022, 09:42 eye 390 eye Paylaş