"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Qubada “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib

Dekabrın 14-də Quba şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib. 
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Emin Mehtiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Mahir Qəniyev, Komitənin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Naib Səttarov, gənclər, dindarlar və KİV nümayəndələri iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, belə bir seminarın təşkil olunması və keçirilməsi milli-mənəvi dəyərlərimizə olan bağlılığı daha da artırmaqla yanaşı, dərin biliklər alınmasına da səbəb olacaqdır. 
Fondun əməkdaşı Emin Mehtiyev çıxış edərək bildirib ki, Azərbaycan dövləti mənəvi dəyərlərimizin qorunması sahəsində çox saylı tədbirlər icra edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiliyevin bu sahədə Fərman və Sərəncamları vardır. Bunlardan biri də Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasıdır. Bununla yanaşı, ölkə xaricində, beynəlxalq arenada mənəvi dəyərlərimizin təbliği ilə bağlı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da danılmaz əməyi və zəhməti vardır. 
Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Mahir Qəniyev azərbaycançılıq ideologiyasının təbliğində din xadimlərinin və eymi zamanda fəal gənclərin rolunu xüsusi qeyd edib. Natiq bildirib ki, bu sahədə Azərbaycan dövləti də saysız-hesabsız işlər görür, böyük layihələr icra edir. 
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin din sahəsində və eyni zamanda mənəvi dəyərlərin təbliği sahəsində apardığı iş təqdirə layiqdir.
Daha sonra çıxış edən QMİ-nin bölgə qazısı Naib Səttarov bildirib ki, mənəvi dəyərlərin təbliğ edilməsi sahəsində bu qəbil tədbirlər tez-tez təşkil olunmalı və dindarların iştirakı təmin olunmalıdır. 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 14-12-2018, 16:16 eye 1 065 eye Paylaş