"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondunun və Xəzər rayonu Binə qəsəbəsi "İmam Həsən" məscidi dini icmasının birgə təşkilatçılığı ilə "Bizi ucaldan dəyərlər"adlı konfrans keçirilmişdir

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Xəzər rayonu Binə qəsəbəsi "İmam Həsən" məscidi dini icmasının sədri Eldayaq Hüseynov,  İTV-nin aparıcısı Jalə Həsənli, "ASAN radio"nun Baş redaktoru İlkin Kərimov, gənclər, tələbələr və dini icma üzvlər iştirak edib. Dəyərlərin cəmiyyətdəki rolunun müzakirə olunduğu tədbirdə çıxışçılar tərəfindən maraqlı fikirlər səsləndirilmiş, xüsusilə də gənclərin bu sahədəki fəaliyyətlərinin əhəmiyyəti vurğulanmışdır. Həmçinin bir dini icma tərəfindən bu cür layihənin həyata keçirilməsinin təqdirə layiq olduğu bildirilib. Tədbirin sonunda Fondun təşkil etdiyi "Bizi ucaldan dəyərlər" müsabiqəsinin qalibləri mükafatlandırılıb.

calendar 23-06-2022, 11:53 eye 416 eye Paylaş