Dekabrın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Zaqatala rayonu Üçüncü Tala kənd dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi” adlı layihə çərçivəsində Zaqatala rayonu Tala kənd 3 nömrəli tam orta məktəbinin müəllim kollektivi və yuxarı sinif şagirdləri ilə “ Yad təsirlər və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə, Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala (RİH) başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abduləziz Əliyev, Zaqatala rayonu Üçüncü Tala kənd məscidi dini icmasının sədri və imamı Hudul Dadalov, Zaqatala rayon Təhsil şöbəsinin nümayəndəsi Günəş Əsgərova, Tala kənd 3 nömrəli tam orta məktəbin direktoru İlham Qırtımov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tala kənd 3 nömrəli tam orta məktəbin direktoru İlham Qırtımov məktəbdə gənclər arasında keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulamış, cəmiyyətimizdə gənclərin vətənpərvər şəxsiyyət olaraq formalaşmasında mənəvi dəyərlərin rolundan bəhs etmişdir.
Üçüncü Tala kənd məscidi dini icmasının sədri və imamı Hudul Dadalov Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə həyata keçirdikləri layihə barədə ətraflı məlumat vermiş, dünyada insan üçün ən əziz anlayışın Vətən olmasını qeyd edərək Vətən sevgisindən danışmışdır. Doğma Azərbaycanımızın inkşafı və tərəqqisi üçün çalışmaq hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirmişdir. Bu yolda gənclərin bilikli, elmli və təhsilli olmasının vacibliyini vurğulamış, oxumuş və müasir dünyagörüşünə malık olan gənclərin yad dini təsirlərə məruz qalmayacağını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasına, dini icmalara və din xadimlərinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür etmişdir.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə çıxışında DQİDK-nın dövlət-din siyasətinin həyata keçirilməsindəki fəaliyyətindən məlumat vermiş, Komitə tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasından keçən bir il ərzində Fond tərəfindən vətəndaşların dini azadlıqlarının təmin edilməsində apardığı işləri qeyd etmiş, dini icmalara və din xadimlərinə maddi yardımların göstərilməsindən, əlillərə, məcbururi köçkünlərə, kimsəsiz insanlara, uşaq evlərinə, Şəhid ailələrinə, milli-mənəvi və dini dəyərlərin təbliğı üçün maarifləndirmə tədbirlərinin təşkilinə kömək göstərdiyini bildirmişdir. T.Vəlizadə Azərbaycanda tarixən mövcud olan multikultural dəyərlərdən, dini tolerantlıqdan danışmış, bu sahədə Azərbaycanın əldə etdiyi uğurların dünya ölkələrinə nümunə olduğunu bildirmişdir. Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərindən bəhs etmiş, onların öyrənilməsinin, qorunub saxlanılmasının vacibliyini qeyd etmişdir. Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş nümunəvi dövlət-din münasibətlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etməsini vurğulamış, bunun nəticəsi olaraq ictimai sabitliyə, vətəndaş cəmiyyətinin bərqərar olmasına, tərəqqi və inkişafa nail olunmuşdur. Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycançılıq məfkurəsi xalqımızın milli-mənəvi dəyərlərini daha da zəngin etmişdir. Daha sonra qeyd edilmişdir ki, Azərbaycan tarixində 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilməsi, anım mərasimlərinin keçirilməsi xalqımızın Böyük Azərbaycanlı Heydər Əliyevə olan əbədi və tükənməz sevgisindən irəli gəlir. Heydər Əliyev siyasi kursunun davamçıları olan gənclərə milli-mənəvi dəyərləri yaşadaraq Vətənimizin gələcək rifahı naminə təhsildə uğurların əldə edilməsinin vacibliyini bildirib.
Zaqatala (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında Azərbaycanın dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən xalqımızın tükənməz sərvəti olan milli-mənəvi, dini dəyərlərin qorunub saxlanılması və daha da zənginləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmış, gənclərə Vətən sevgisindən, doğma Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyi və müstəqilliyi uğrunda öz canlarını fəda etmiş Şəhidlərimizin unudulmaz xatirəsindən, Vətən sevgisinin insan həyatında əsas meyar olduğunu qeyd etmişdir. Eyni zamanda milli-mənəvi dəyərlərin öyrənilməsi və qorunub saxlanılması gəncləri yad təsirlərdən, zərərli vərdişlərdən və dini radikalizmdən qoruyan əsas amil olmasını bildirmişdir. Xalqımızın yüz illərlə formalaşdırdığı mənəvi dəyərlərə və adət-ənənələrə sadiq, təhsilli və savadlı gənclərin heç zaman dini radikalizmə getməyəcəyini qeyd edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən İlqar Vəliyev qeyd etmişdir ki, gənclərin Vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara məktəb illərində təhsillə yanaşı Vətən sevgisinin, milli-mənəvi dəyərlərin aşılanması, dünyagörüşlərinin artırılması, yad dini təsirlərdən uzaq sağlam düşüncəyə malik şəxs olaraq formalaşması müstəqil Azərbaycanın və hər bir ailənin uğurlu gələcəyini səciyələndirən amildir. Mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxalnılması, yaşadılması Azərbaycan xalqının və dövlətinin durmadan inkişafına təklan verməsindən danışmış, Vətənimiz Azərbaycanın hüquqi, demokratik, dünyavi dövlət və eyni zamanda öz milli-mənəvi dəyərlərinə sadiq qalaraq, yüksək multikulturalizmin və tolerantlığın yaşandığı ölkə olaraq müasir dünyada dinlər və mədəniyyətlərarası dialoqun, sülhün əldə olunması üçün gördüyü işlərdən bəhs etmişdir. Milli-mənəvi dəyərlər anlayışından uzaq olan, Vətən sevgisini dərk etməyən, İnsanları xüsusəndə gəncləri aldadaraq dini radikalizmə, ayrıseçkiliyə, qarşıdurmalara və müharibələrə sürüklüyən mənsublar barədə danışmış və dini radikalizmin törətdiyi fəsadlardan bəhs etmişdir. Müasir zamanda Azərbaycan gəncliyinin qarşısında duran əsas vəzifənin milli-mənəvi dəyərlərin dərindən öyrənilməsi, qorunub saxlanılması, onlara hörmətlə yanaşılması və məktəb illərində elmlərin əsaslarını öyrənərək doğma Azərbaycanımızın daha da inkişafı, dövlətimizin daha da möhkəmlənməsi naminə çalışmaq, Vətənimizin uğurlarını artırması olduğunu qeyd edib.
Zaqatala rayon Təhsil şöbəsinin nümayəndəsi Günəş Əsgərova müasir Azərbaycan gənclərinin əldə etdikləri nailiyyətləri qeyd edərək milli-mənəvi dəyərlərin gənc nəslin yetişdirilməsindəki rolundan danışmış, ürəyində Vətən sevgisi olmayan şəxsin ailə, cəmiyyət və dövlət üçün heç bir xeyri olmadığını vurğulamışdır. Mənəvi dəyərlərin qorunması və təhsilə daha çox önəm veriməsinin bəhs etmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müəllim və şagirdlərə maarifləndirici ədəbiyyat paylanılıb