Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə Dnepr Milli Texniki Universitetində tədris olunan "Azərbaycan Multikulturalizmi" dərsi çərçivəsində "Azərbaycan mənəvi dəyərlər sistemində multikulturalizm" mövzusunda seminar təşkil edilib. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov universitet tələbələri qarşısında mühazirə ilə çıxış edib.