Dekabr 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şirvan şəhər Zeynalabidin məscidi dini icmasının təşkilatçılığı ilə Şirvan şəhər 11 saylı orta məktəbində “Şəhidlər qəhrəmanlarımızdır” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, Şirvan şəhər Zeynalabidin məscidi dini icmasının sədri Cəmşid Hüseynov və məsciddə dini ayinlərin icraçısı Kərim Cəlilov, Şirvan şəhər İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Şirvan şəhər 11 saylı orta məktəbinin direktoru Kamandar Rüstəmov, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şirvan şəhər 11 saylı orta məktəbinin direktoru Kamandar Rüstəmov çıxışında qeyd etmişdir ki, gənclərin fərdi inkişafı naminə onların elm və biliyə həvəsləndirilməsi, bacarıqlarının inkişaf etdirilməsi, aktiv həyat tərzinə istiqamətləndirilməsi düzgün maarifləndirmə prosesindən asılıdır və bu layihə məqsədi qeyd olunan amillərə dəvət edilməsidir.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov qeyd edib ki, Milli qəhrəmanların yolu Azərbaycan gənci üçün bir örnəkdir və Milli Qəhrəmanların həyat yolundan, torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədən, Qarabağ savaşında göstərdiyi şücaətdən geniş söz açıb.
Şirvan şəhər Zeynalabidin məscidində dini ayinləri icra edən Kərim Cəlilov çıxış edərək bildirib ki, vətənə sədaqətlə bağlanmaq və daim onun keşiyində durmaq hər bir gəncin vəzifə borcudur . O, qeyd edib ki, hər bir gənc öz dövlətinə inanmalı və elm sorağında olmalıdır.
Daha sonra tədbirdə çıxış edən Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və təbliği, adət-ənənələrimizin və tarixi abidələrimizin qorunması hər bir Azərbaycan vətəndaşının borcudur. Əlavə olaraq bildirb ki, dövlət hər bir kəsin keyfiyyətli təhsil alması üçün şərait yaradıbdır və hər kəs ölkəmizin müstəqilliyi naminə əlindən gələni əsirgəməməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.