"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun maliyyə dəstəyi ilə Gəncə şəhərində şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları üçün iftar süfrəsi təşkil edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Gəncə şəhər "Qazaxlar" məscidi dini icmasının təşkilatçılığı ilə Gəncə şəhərində iftar mərasimi təşkil edilib. Mərasimdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayan mərasimdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Zəki Öztürk, millət vəkili Pərvin Kərimzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazısı Tahir Abbasov və şəhidlərin anaları çıxış ediblər. Sonda Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.

calendar 25-04-2022, 08:59 eye 470 eye Paylaş