"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Sabirabadda “Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 13-də   Sabirabad  rayon   Əsgərbəyli kənd  Murad Hüseynov adına tam orta məktəbdə  Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sabirabad rayonu Əsgərbəyli kəndi “İmam Əli” adına  məscidi   dini icmasının təşkilatçılığı ilə" Vətənpərvərlik milli-mənəvi dəyər kimi” layihəsi çərçivəsində “Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda  maarifləndirici  tədbir  keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbənin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı Elvin İbrahimov, Sabirabad rayon Əsgərbəyli kəndi “İmam Əli” adına  kənd məscidi dini icmasının sədri Zakir Əliyev, Əsgərbəyli kənd   Murad Hüseynov adına tam orta məktəbin   direktoru Aysel Vəlizadə, həmin məktəbin müəllimləri  və   yuxarı sinif  şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Sabirabad rayon   Əsgərbəyli kəndi “İmam Əli” adına  məscidin   dini icmasının sədri Zakir Əliyev bu gün gənclərin qayğısına qalmaq, onları düzgün istiqamətləndirmək,  Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmək hamımızın borcudur. Bu sahədə vəzifəsindən asılı olmayaraq hər birimiz əlimizdən gələni əsirgəməməli, milli-mənəvi, saf  islami dəyərlər əsasında tərbiyə olunan sağlam əqidəli gənclərin yetişdirilməsi üçün səylərimizi birləşdirməliyik.  
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov gənclərimizin yad təsirlərdən qorunması və uzaq qalması üçün, düzgün maarifləndirmənin aparılmasının vacibliyini qeyd etdi. O, bildirib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Çünki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intelektual səviyyəli gənclərimizdən aslıdır. Xüsusilə gənclərimizin yad təsirlərdən qorunması üçün, vətənpərvər ruhda, mənəvi dəyərlərimizin timsalında yetişdirilməsi vacibliyini qeyd edən şöbə müdiri , hazırda gənclərimizin vətəninə xalqına və dövlətinə sədaqəti ilə seçildiyini qeyd edib.
Əsgərbəyli kənd Murad Hüseynov adına tam orta məktəbin direktoru Aysel Vəlizadə milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayaraq və bu dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırmağın ən aktual məsələ olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran sullar  cavablandırılıb və  DQİDK tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.
            

calendar 13-12-2018, 16:59 eye 1 083 eye Paylaş