"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fond 26-28 noyabr tarixlərində Gəncə şəhərində təşkil edilən "I Gəncə Kitab Sərgisi"ndə iştirak edəcəkdir.

Mənəvi Dəyərlərin Təbliği Fondu 26-28 noyabr tarixlərində "Azərbaycan Nəşriyyatları" İctimai Birliyinin Gəncə şəhərində təşkil etdiyi "I Gəncə Kitab Sərgisi"ndə iştirak edəcəkdir. "Nizami Gəncəvi İli"nə həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edəcək. Sərgidə məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və musiqi proqramları keçiriləcək. 

calendar 24-11-2021, 11:04 eye 489 eye Paylaş