"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyi ilə “Letters from a Christian Bishop and a Muslim Scholar to the Earth” adlı kitab nəşr edilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyilə ADA Universitetinin professoru Nəriman Qasımoğlunun “Letters from a Christian Bishop and a Muslim Scholar to the Earth” (“Xristian yepiskopu və müsəlman alimindən Yer kürəsinə məktublar”) adlı kitabı nəşr edilib. Kitabda müəllifin Britaniyanın məşhur ictimai və din xadimi, “Cəngavər” ordeni daşıyıcısı, Liverpul şəhərinin sabiq yepiskopu Ceyms Consla 2006-cı ildən günümüzədək olan məktublaşmaları və məktublara istinad edilən çıxışları yer alıb. Kitabda İslam və Xristianlıqda Yer kürəsinin, ətraf mühitin qorunmasına dair məsələlər teoloji müstəvidə işıqlandırılmaqla yanaşı, hər iki dini düşüncənin eko-teologiya mövzusunda qənaəti və yaxınlaşması öz əksini tapmışdır. Nəşr edilən kitab Azərbaycan-Böyük Britaniya mədəni əlaqələrinin inkişafına da töhfə verəcəkdir. 

calendar 29-06-2021, 13:29 eye 658 eye Paylaş