Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Şərq-Qərb Qadın İnkişaf Mərkəzi İctimai Birliyi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən "Etika, Estetika, Aksiologiya: Epistemoloji Problemlər" adlı kollektiv monoqrafiya nəşr olunub. Monoqrafiyada Azərbaycan, Türkiyə, Almaniya, Özbəkistan, Gürcüstan, ABŞ, Belarus, Rusiya və Qazaxıstandan olan doqquz ölkənin elm adamlarının məqalələri dərc edilib.