"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ali məktəblər üçün “Multikulturalizmə giriş” dərsliyi nəşr edilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərsliyi nəşr edilib.
Dərsliyin elmi redaktoru və ön söz müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir. 
Dərslik müəllifləri: AMEA-nın həqiqi üzvü, professor Kamal Abdulla, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev, fəlsəfə elmləri doktoru, professor Əyyub Kərimov, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, filologiya üzrə fəlsəfə doktoru Billurə Aslanova, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, siyasi elmlər üzrə fəlsəfə doktoru İrina Kunina, filologiya üzrə fəlsəfə doktoru Könül Aslanova, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov, siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekker, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov, Anar Əlizadə, Ceyhun Əliyev, Elnarə Kərimova, Əliheydər Zülfüqarov, Əli Həziyev, Gündüz İsmayılov, Mahir Qəniyev, Nahid Məmmədov, Nicat Məmmədli, Rəvan Həsənov, Rəfi Qurbanov, Rəhim Rəhimov, Sadiq Mirzəyev, Tərlan Orucova.
Rəyçilər: Akademik İsa Həbibəyli, Professor Musa Qasımlı (AMEA-nın müxbir üzvü)
Nəşrə məsul: Anar Əlizadə
Nəşriyyat redaktoru: Əliheydər Zülfüqarov
Dizayner: Raman Dadaşov
Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının 8 iyul 2019-cu il tarixli iclasının qərarı ilə (pr. No29) çapa tövsiyə olunmuşdur.

calendar 13-09-2019, 09:44 eye 4 431 eye Paylaş