"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən "Müasir çağırışlar: birgəyaşayış ənənəsi" (Modern challenges: coexistence traditions) adlı fotoalbom nəşr olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən “Müasir çağırışlar: birgəyaşayış ənənəsi" (Modern challenges: coexistence traditions) adlı fotoalbom nəşr olunub.
Nəşrdə Azərbaycanın etnik, dini müxtəlifliyini və cəmiyyətdəki tolerantlığı əks etdirən fotolar öz əksini tapıb. Həmçinin albomda dövlət-din münasibətləri, dinə dövlət qayğısına, eləcə də ölkəmizin qədim tarixə malik tarixi-dini abidələrinə dair şəkillər yer alıb.
İngilis dilində tərtib olunan fotoalbomun əsas məqsədi Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və həmrəylik mühiti barədə dünya ictimaiyyətini bir daha məlumatlandırmaqdır.

calendar 4-10-2023, 17:03 eye 169 eye Paylaş