"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimizin hamisi” adlı kitab nəşr edilib

✅#DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimizin hamisi” adlı kitab nəşr edilib.

✅Kitabda Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi, o cümlədən əməkdaşlarının məqalələri yer alıb. 

✅ Məqalələrdə müstəqilliyimizin bərpasından sonra xalqın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi missiyanı üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi işlər geniş şəkildə şərh edilir. 


calendar 11-05-2023, 09:48 eye 252 eye Paylaş