Mənəvi Dəyərlərin Təbliği Fondu din xadimləri və dini icma sədrləri arasında müsabiqə elan edir

Lahiyeler 01-10-2021 14:52 294

Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı kateqoriyalar və istiqamətlər üzrə qəbul ediləcək:

Kateqoriyalar:
1. Məqalə (Arial 12 şrift, 1.5 aralıq, A4 vərəq, maksimum 3 səhifə)
2. Şeir (maksimum 7 bənd)
3. Hekayə (Arial 12 şrift, 1.5 aralıq, A4 vərəq, maksimum 3 səhifə)

İsiqamətlər:
1. Vətən Müharibəsində dini-mənəvi dəyərlərin rolu
2. Azərbaycanda məzhəblərarası qardaşlıq
3. Dinlərarası münasibətlərdə Azərbaycan ənənəsi
4. Dini həmrəyliyə təsirlər və təhdidlər
5. Dünyəvi dövlətdə dini icmaların fəaliyyəti

Müsabiqənin şərtləri:
1. Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir kateqoriya və bir istiqamət üzrə material təqdim edə bilər.
2. Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır.

Qeyd 1: Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları materialları Mənəvi Dəyərlərin Təbliği Fonduna aşağıdakı formalardan birini seçməklə təqdim edə bilər:
1) mdtf.press@gmail.com elektron poçt ünvanına göndərməklə
2) elektron daşıyıcıda (disk, fləşkart) birbaşa və ya poçt vasitəsilə

Qeyd 2: Müsabiqə materialları Fonda təqdim olunan zaman aşağıdakı məlumatlar mütləq qeyd edilməlidir:
1) Ad, soyad, ata adı
2) Əlaqə nömrəsi
3) Vəzifəsi göstərilməklə din xadimi kimi fəaliyyət göstərdiyi ibadət yerinin adı
4) Sədri olduğu dini icmanın adı

MÜKAFAT
I yer (bir nəfər)- 800 AZN
II yer (iki nəfər)- 600 AZN
III yer (üç nəfər)- 400 AZN
Hər biri 150 AZN olmaqla 5 həvələndirici mükafat

SON MÜRACİƏT TARİXİ: 2 noyabr 2021-ci il

Əlaqə: Tel: 012-464-92-55
Email: mdtf.press@gmail.com
Feysbuk hesabı: Mənəvi Dəyərlərin Təbliği Fondu
Ünvan: Bakı şəhəri, Tbilisi pros.35 (ASK Plaza 4-cü mərtəbə)